Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) 2027-ci ilin
sentyabr ayında Azərbaycana tanışlıq missiyası təşkil etməyi
planlaşdırır.
Bu barədə BELGAZERCOM-un sədri Stef Qoris sentyabrın 30-da
Bakıda keçirilən üçüncü biznes missiyası çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.
BELGAZERCOM son 18 ay ərzində Azərbaycana artıq üçüncü ticarət
missiyasını təşkil edib. Missiyanın tərkibinə logistika şirkəti
“Move Intermodal nv”, yüksək səviyyəli orijinal italyan mətbəxi
üzrə ixtisaslaşan “Giuliano Group”, aşağıdan yuxarı suvarma sistemi
ilə təbii ot örtükləri (qazon) istehsal edən “G&F Greentech”,
həmçinin videomeppinq üçün məzmunun hazırlanması və həyata
keçirilməsi üzrə ixtisaslaşan kreativ studiya “Dirty Monitor” daxil
olub.
Gələcək biznes missiyalarından danışan Qoris bildirib ki,
2027-ci ilin aprelində keçirilməsi planlaşdırılan növbəti missiyada
iştirak edə biləcək iki şirkət artıq müraciət edib.
<!—->
<!—->
(function(containerId) {
if (typeof window.loadAdVideoZL === ‘undefined’) {
window.loadAdVideoZL = new Promise((resolve, reject) => {
import(‘/vast_test/main.js?20260507001’)
.then(module => {
window.initAdVideoZL = module.default;
resolve(window.initAdVideoZL);
})
.catch(reject);
});
}
window.loadAdVideoZL.then((initAdVideoZL) => {
initAdVideoZL(containerId);
});
})(‘ad-video-container-6abe74e1f330f’);
“Sentyabr ayında biz həmçinin şirkətlərin maraqlarını təmsil
edən Belçikanın ən böyük biznes təşkilatı olan “Voka Limburq” ilə
Bakıya birgə tanışlıq missiyası təşkil etməyi planlaşdırırıq.
Missiya çərçivəsində Azərbaycana çox sayda şirkət, o cümlədən
Limburq əyalətinin aparıcı müəssisələri gələcək. Onlar Azərbaycan
bazarı ilə tanış olacaq və işgüzar əməkdaşlığın inkişafı
imkanlarını araşdıracaqlar”, – deyə o əlavə edib.
Qoris qeyd edib ki, BELGAZERCOM Azərbaycanın istehlak
bazarını daha yetkin hesab edir və yüksək səviyyəli mallara, eləcə
də dəbdəbəli məhsullara tələbat 20 il əvvəlki vəziyyətlə müqayisədə
artıb.
“Belçika şirkətlərinin istehsal etdiyi və potensial
olaraq Azərbaycan bazarında təqdim oluna biləcək premium məhsullar
var. Söhbət yalnız şokoladdan getmir: Belçikada pivə istehsalı da
çox inkişaf edib – ölkədə çoxsaylı xüsusi növlər də daxil olmaqla,
təxminən 2 500 marka pivə istehsal olunur”, – deyə o bildirib.
Əsas mənbə: Trend
