Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə
doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. Mülayim
şimal-qərb küləyi gündüzdən arabir güclənəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil
edəcək.
<!—->
<!—->
(function(containerId) {
if (typeof window.loadAdVideoZL === ‘undefined’) {
window.loadAdVideoZL = new Promise((resolve, reject) => {
import(‘/vast_test/main.js?20260507001’)
.then(module => {
window.initAdVideoZL = module.default;
resolve(window.initAdVideoZL);
})
.catch(reject);
});
}
window.loadAdVideoZL.then((initAdVideoZL) => {
initAdVideoZL(containerId);
});
})(‘ad-video-container-6abe2e9292503’);
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə
qar yağacağı, axşam yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və
səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti,
dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.
Əsas mənbə: Trend
