Transxəzər Sahibkarlıq Fondu regional bağlantının inkişafına özəl investisiyaları təşviq edəcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
Transxəzər Sahibkarlıq Fondu regional bağlantının inkişafına özəl investisiyaları təşviq edəcək

Transxəzər Sahibkarlıq Fondu regional bağlantının inkişafına
özəl investisiyaları təşviq edəcək.

Trend-in müxbiri xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı
müvəqqəti işlər vəkili Emi Karlon sentyabrın 30-da Bakıda Amerika
Ticarət Palatasının (USACC) üzvləri və tərəfdaşları üçün təşkil
olunan tədbirdə bildirib.

“ABŞ “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nda (TRIPP)
pay sahibi kimi burada sadəcə kənardan müşahidə aparmır. Başqa
sözlə, biz özümüz bu prosesdə maraqlıyıq. Bu yaxınlarda yaradılmış,
201 milyon dollar həcmində olan Transxəzər Sahibkarlıq Fondu özəl
sektorun regionda bağlantının inkişafına investisiyalarını təşviq
edəcək. USACC bütün bu inanılmaz yol boyunca, o cümlədən bu axşam
və ötən həftə Vaşinqtonda ABŞ Dövlət Departamenti və Dünya Bankının
iştirakı ilə regional bağlantı məsələlərinə həsr olunmuş dəyirmi
masa çərçivəsində bizim tərəfdaşımız olub”, – deyə o bildirib.

Karlon qeyd edib ki, o, 2025-ci ilin avqustunda ABŞ Prezidenti
Donald Trampın iştirakı ilə keçirilən tarixi Vaşinqton sülh
sammitindən qısa müddət əvvəl Azərbaycana gəlib.

“Sammit yalnız davamlı sülhə gedən yolu açmadı. O, həmçinin
Tramp Marşrutunun başlanğıcını qoydu və ABŞ ilə Azərbaycan arasında
strateji tərəfdaşlığın əsasını yaratdı. USACC ilk gündən bizim
tərəfdaşımız olub. Ötən ilin sentyabrında USACC Transxəzər marşrutu
üzrə Azərbaycana, Gürcüstana və Qazaxıstana biznes missiyası təşkil
etdi. Bu missiya Azərbaycandakı fəaliyyətim dövründə ilk böyük
iqtisadi uğurlardan biri oldu və hadisələrin gələcək inkişaf
istiqamətini göstərdi”, – deyə o bildirib.

Onun sözlərinə görə, fevral ayında 2008-ci ildən bəri
Azərbaycana səfər edən ən yüksək səviyyəli amerikalı qonaq olan
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıya gəlib və Azərbaycan
Prezidenti İlham Əliyevlə birlikdə Strateji Tərəfdaşlıq Xartiyasını
imzalayıb.

“Bu sənəd iki ölkə arasında regional bağlantı, süni intellekt və
rəqəmsal texnologiyalar kimi sahələrə qarşılıqlı investisiyalar,
eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini
nəzərdə tutur”, – deyə Karlon vurğulayıb.

O, həmçinin iyun ayında tarixdə ilk dəfə ABŞ-Azərbaycan iqtisadi
dialoqunun keçirildiyini xatırladıb.


<!—->
<!—->

(function(containerId) {
if (typeof window.loadAdVideoZL === ‘undefined’) {
window.loadAdVideoZL = new Promise((resolve, reject) => {
import(‘/vast_test/main.js?20260507001’)
.then(module => {
window.initAdVideoZL = module.default;
resolve(window.initAdVideoZL);
})
.catch(reject);
});
}

window.loadAdVideoZL.then((initAdVideoZL) => {
initAdVideoZL(containerId);
});
})(‘ad-video-container-6abebb3323393’);

“Biz kritik əhəmiyyətli minerallara dair anlaşma memorandumu
imzaladıq və Amerika şirkətlərinin Azərbaycan şirkətləri ilə
milyardlarla dollar dəyərində, hər iki ölkəyə qarşılıqlı rifah və
iş yerləri gətirəcək sazişlər bağlamasının şahidi olduq”, – deyə
diplomat bildirib.

Karlon ötən həftə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunun nəticələrini də vurğulayıb.

“Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ExxonMobil, Oracle,
Apollo və Comstock şirkətlərinin Azərbaycanın enerji və rəqəmsal
sektorlarını potensial olaraq köklü şəkildə dəyişə biləcək sazişlər
imzalamasının şahidi olduq. Biz hələ yolun başlanğıcındayıq. Bu,
münasibətlərimizin yalnız başlanğıcıdır. Həmçinin ötən həftə BMT
Baş Assambleyası çərçivəsində TRIPP-ə həsr olunmuş uğurlu yan
tədbir keçirdik”, – deyə o əlavə edib.

Karlon ABŞ ilə Azərbaycan arasında biznes əlaqələrinin
inkişafında USACC-nin rolunu xüsusi qeyd edib.

“Son 13 transformativ ay ərzində USACC Bakıda ABŞ səfirliyinin
və Vaşinqtondakı həmkarlarımın son dərəcə etibarlı və ardıcıl
tərəfdaşı olub. USACC, Azərbaycan hökuməti və bütün tərəfdaşlarla
birlikdə ABŞ-Azərbaycan münasibətlərinin görünməmiş yüksək
səviyyəyə çatdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə
etmişik”, – deyə o bildirib.

Karlonun sözlərinə görə, ABŞ iqtisadi məqsədlərinin həyata
keçirilməsində USACC-yə və özəl sektorun digər nümayəndələrinə ümid
bəsləyir.

“Biz Amerika şirkətlərinin burada uğurla fəaliyyət göstərməsinə
dəstək verməyə, bununla da Amerika xalqı üçün rifah və iş yerləri
yaratmağa, eyni zamanda Azərbaycan və regiona da eyni rifahı
gətirməyə yönəlmişik”, – deyə o yekunlaşdırıb.

Əsas mənbə: Trend

Vətənim Media Shorts

YouTube-da aç ↗