Bakı şəhərində davam edən cüdo üzrə dünya çempionatında 60 kq çəkidə Azərbaycan idmançısı Əhməd Yusifov finala vəsiqə qazanıb. Turnirin proqramı 11 oktyabra qədər nəzərdə tutulub.
Yusifov 1/16 mərhələsində monqolustanlı Tumenjarqal Tuvşinturunu məğlub edib, 1/8-də hindistanlı Harş Sinhi üstələyərək növbəti mərhələyə çıxıb. Çeyrfinalda rusiyalı Ayub Bliyevi, yarımfinalda isə Çin Taypeyindən olan Yanq Yunq Veyi geridə qoyaraq finala vəsiqə əldə edib.
Eyni çəkidə çıxış edən Balabəy Ağayev isə əvvəlcə Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb, lakin 1/8 finalda ABŞ idmançısı Conatan Yanqla görüşdə məğlub olub.
Turnirdə Azərbaycan 13 çəki dərəcəsində ümumilikdə 24 cüdoçu ilə təmsil olunur; komandada 17 kişi və 7 qadın idmançı yer alır.
Əsas mənbə: APA
