Nantaket yaxınlığında ABŞ-ə məxsus tibbi təxliyə təyyarəsi itkin düşüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Nantaket yaxınlığında ABŞ-ə məxsus tibbi təxliyə təyyarəsi itkin düşüb

Bermud adalarından Bostona gedən ABŞ qeydiyyatlı tibbi təxliyə təyyarəsi Nantaket adası yaxınlığında əlaqəni itirib. Hadisədə ümumilikdə altı nəfər – dörd ekipaj üzvü və iki sərnişin olduğu bildirilib; uçuş Gulsdstrim G100 tipli təyyarə ilə həyata keçirilirdi.

Pilot Nantaket sahillərinə yaxınlaşarkən təyyarənin elektrik sistemində problem olduğunu bildirib və fövqəladə vəziyyət elan etmişdi. Əlavə rəsmi məlumatlara görə, təyyarədəki şəxslərin vətəndaşlığından dördünün Kanada, ikisinin isə Bermud adalarının vətəndaşı olduğu qeyd olunur.

Axtarış-xilasetmə əməliyyatını ABŞ Sahil Mühafizəsi həm hava, həm də dənizdən davam etdirir. Axtarış zamanı dəniz səthində təyyarəyə aid ola biləcək qalıqlar aşkar olunub, lakin həmin materialların uçuşla əlaqəsi hələ rəsmi şəkildə təsdiq edilməyib.

Hazırda təyyarədəki şəxslərin taleyi barədə nə təsdiqlənmiş, nə də rədd edilmiş məlumat verilib; hadisə ilə bağlı əlavə təhqiqat və axtarış işləri davam edir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗