Vətənim Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibliyi üzvlük haqlarını ödəməyənlərlə bağlı qərar qəbul edib. Qərara əsasən, əvvəlki illərdən borcu qalan və 2026-cı il üçün birillik üzvlük haqqını noyabrın 1-dək ödəməyən şəxslər birlik üzvlüyündən çıxarılacaq.
Birlik üzvlərinə müraciət edərək borclarını göstərilən müddətdə bağlamağa çağırıb. Qərar həm əvvəlki illər üzrə yığılan ödənişlərə, həm də 2026-cı ilin üzvlük haqqına aiddir.
Əsas mənbə: APA
