Bakı və Daşkənd konsulluq əməkdaşlığını müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bakı və Daşkənd konsulluq əməkdaşlığını müzakirə edib

Vətənim Media xəbər verir ki, oktyabrın 7-də Bakıda Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib. Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Konsulluq və hüquq idarəsinin rəis müavini Abduvaxit Tursunov rəhbərlik edib.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumlarının və Özbəkistanın Azərbaycandakı səfirliyinin təmsilçiləri iştirak ediblər. Tərəflər konsulluq sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və genişləndirilməsi imkanlarını, eləcə də ədliyyə, təhsil, miqrasiya və sərhəd məsələlərini nəzərdən keçiriblər. Vətəndaşların hüquqlarının qorunması üçün iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin vacibliyi qeyd olunub. Görüşün yekununda nümayəndə heyətlərinin rəhbərləri məsləhətləşmələrin protokolunu imzalayıblar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗