Vətənim Media xəbər verir ki, oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi ilə bağlı texniki görüş keçiriblər.
Tərəflər xətlərin çəkilişinə dair texniki məsələləri müzakirə edib, əlaqəli sahələr üzrə fikir mübadiləsi aparıblar. Görüşdə qurumlararası əlaqələndirmə və işlərin davam etdirilməsi üçün atılmalı olan növbəti addımlar da diqqət mərkəzində olub.
Əsas mənbə: APA
