Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik edəcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik edəcək

Vətənim Media xəbər verir ki, Türkmənistanın “Avaza” milli turizm zonasında keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın təşkilata 2027-ci ildə həmsədrlik etməsi və 2028-ci ildə sədrlik etməsi məsələləri gündəliyə daxil edilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Gündəliyə həmçinin 2027-ci ildə MDB-yə sədrlik, Şuranın növbəti iclasının Özbəkistanda keçirilməsi, təşkilatın yaranmasının 35 illiyi ilə bağlı bəyanat və 2028-ci ilin “Sosial inkişaf və həyat keyfiyyəti ili”, 2029-cu ilin isə “Nəqliyyat bağlılığı ili” elan olunması təklifləri salınıb. MDB-də sədrlik bir təqvim ili davam edir və iştirakçı dövlətlər arasında növbəlilik prinsipi ilə həyata keçirilir. Həmsədrlik isə əvvəlki və növbəti il sədrlik edən ölkələrin iştirakı ilə təşkil olunur. İclasın sonunda dövlət başçılarının bir sıra sənədləri imzalayacağı gözlənilir.

2026-cı ildə MDB-yə Türkmənistan sədrlik edir. Tacikistan və Özbəkistan isə həmsədrdir; Özbəkistanın 2027-ci ildə sədrlik etməsi nəzərdə tutulur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗