Vətənim Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən olan səyyah Ceyd Makkeyb Qarabağa səfəri zamanı bölgədə gördüyü dəyişiklikləri və bərpa işlərini yüksək qiymətləndirib. O, dünyanın müxtəlif yerlərindən gələn insanların Qarabağı tanımasının və buranın gözəlliyini yaxından görməsinin yaxşı olacağını bildirib.
Makkeybin sözlərinə görə, səfər zamanı hökumətin vətəndaşlar üçün evlər inşa etdiyini və bərpa etdiyini, eləcə də turizmin inkişafına diqqət ayırdığını müşahidə edib. Səyyah indiyədək ziyarət etdikləri ərazilərdə görülən işlərin miqyasının böyük olduğunu vurğulayıb və gördüklərinin onda heyranlıq yaratdığını deyib.
Əsas mənbə: APA
