İtkinlərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada aparılan işlərlə tanış olublar

Şrift
🔊 Xəbəri dinlə — Babək
İtkinlərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada aparılan işlərlə tanış olublar

Vətənim Media xəbər verir ki, itkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçılarının Qarabağa səfəri davam edir. Nümayəndə heyəti Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət etdikdən sonra Şuşaya gedib.

Qonaqlar şəhərdə yeni inşa edilən yaşayış binalarına, aparılan tikinti-quruculuq işlərinə və yeni məscidin tikintisinə baxıblar. Səfər proqramına Şuşanın tarixi və görməli yerləri ilə tanışlıq, həmçinin şəhərin tarixi barədə məlumatlandırma da daxildir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗