Latviya XİN rəhbəri Azərbaycanın yeni səfiri ilə görüşüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Latviya XİN rəhbəri Azərbaycanın yeni səfiri ilə görüşüb

Vətənim Media xəbər verir ki, Latviyanın xarici işlər naziri Baiba Braze bu ölkəyə yeni təyin olunan Azərbaycanın səfiri Nərminə Mustafayeva ilə görüşüb. Görüşdə Latviyaya yeni təyinat almış Finlandiya, İtaliya, Norveç, İspaniya, Türkiyə, Serbiya və Gürcüstan səfirləri də iştirak ediblər.

Nazir NATO müttəfiqlərinə alyansın şərq cinahının təhlükəsizliyinin gücləndirilməsinə verdikləri töhfəyə görə təşəkkürünü bildirib. Tərəflər Avropa İttifaqı və NATO sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsini, həmçinin Ukraynaya qətiyyətli dəstəyin davam etdirilməsini müzakirə ediblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗