“Neftçi” və “Sabah” qolsuz heç-heçə etdi

Şrift
🔊 Xəbəri dinlə — Babək
“Neftçi” və “Sabah” qolsuz heç-heçə etdi

Vətənim Media xəbər verir ki, Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə “Sabah” üz-üzə gəlib. “Palms Sports Arena”da keçirilən qarşılaşmada qapılara qol vurulmayıb və komandalar meydanı 0:0 hesabı ilə tərk ediblər.

Bu nəticədən sonra hər iki klubun aktivində 16 xal var. “Neftçi” turnir cədvəlinə başçılıq edir, “Sabah” isə ikinci pillədə qərarlaşıb. Turun açılış oyununda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib. VII turun görüşlərinə oktyabrın 11-də yekun vurulacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗