Vətənim Media xəbər verir ki, Türkiyə Super Liqasının VII turunda son çempion “Qalatasaray” doğma meydanda “Kasımpaşa”ya qalib gəlib. Görüşün ilk hissəsində Abdülkerim Bardakcı hesabı açıb.
İkinci hissədə Rak-Sakyi tarazlığı bərpa etsə də, Barış Alper Yılmaz və Mario Lemina vurduqları qollarla “Qalatasaray”a 3:1 hesablı qələbə qazandırıblar. Bu nəticədən sonra 16 xalı olan İstanbul təmsilçisi turnir cədvəlinə liderlik edir.
Əsas mənbə: APA
