Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz çoxdur.
Hesabat dövründə qeyri-neft-qaz sektoruna yatırımlar 9 milyard 813,4 milyon manat təşkil edib. Bu sahədə investisiya qoyuluşu illik müqayisədə 3,1 faiz artıb.
Əsas mənbə: APA
