Vətənim Media xəbər verir ki, Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Zəngilan rayonunda Horadiz–Ağbənd avtomobil yolu və dəmir yolu xəttində görülən işlərlə tanış olub. Heyətə avtomobil yolunun 126,3 kilometr, dəmir yolu xəttinin isə 110,4 kilometr uzunluğunda olduğu və tikintinin mərhələlərlə aparıldığı barədə məlumat verilib.
Dəmir yolu xəttinin birinci mərhələsinin böyük hissəsi tamamlanıb. Həmin xətt vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yük daşınır. Səfərdə 13 ölkədən təxminən 40 nəfər iştirak edir; proqramda bölgənin tarixi və mədəni irs abidələri ilə tanışlıq da var. Beynəlxalq səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup halında təşkil etdiyi səfərlərin sayca 17-cisi olan bu səfər çərçivəsində Cəbrayılda minatəmizləmə əməliyyatlarının da izlənməsi planlaşdırılır.
Əsas mənbə: APA
