Sabah Bakıda 24, bölgələrdə 25 dərəcəyədək isti olacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Sabah Bakıda 24, bölgələrdə 25 dərəcəyədək isti olacaq

Vətənim Media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Yağıntı gözlənilmir. Şimal-qərb küləyinin gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcəyi bildirilir. Paytaxtda gecə temperatur 16-19, gündüz isə 20-24 dərəcə isti olacaq.

Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Rayonlarda gecə 13-17, gündüz 20-25 dərəcə isti qeydə alınacaq. Dağlıq ərazilərdə temperatur gecə 2-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗