Yardımlıda diametri 20 santimetrədək olan dolu düşüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Yardımlıda diametri 20 santimetrədək olan dolu düşüb

Vətənim Media xəbər verir ki, oktyabrın 10-u saat 10:00-a olan məlumata əsasən, ölkənin bir sıra bölgələrində arabir yağış yağıb. Bəzi yerlərdə yağıntı leysan xarakterli, intensiv və güclü olub, şimşək çaxıb. Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyin yüksək dağlıq ərazilərində qar qeydə alınıb.

Yardımlıda saat 08:15-08:27 arasında güclü leysanla birlikdə diametri 18-20 millimetr olan dolu düşüb. Yağıntının ən çox miqdarı Neft Daşlarında 26 millimetr, Göygöldə 16 millimetr, İmişli və Şəkidəki Kişçay ərazisində isə 10 millimetr olub. Bakı və Abşeronun ayrı-ayrı ərazilərində 1-3 millimetr yağıntı qeydə alınıb. Qubadlı, Şuşa və Füzulidə qısamüddətli yağış yağıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗