Qazaxda avtomobilin vurduğu piyada və maşındakı iki nəfər xəsarət aldı

Şrift
🔊 Xəbəri dinlə — Babək
Qazaxda avtomobilin vurduğu piyada və maşındakı iki nəfər xəsarət aldı

Vətənim Media xəbər verir ki, Qazax rayonunda avtomobilin vurması nəticəsində üç nəfər xəsarət alıb. Hadisə zamanı “VAZ-21012” markalı minik avtomobili yolu keçmək istəyən, 1976-cı il təvəllüdlü X. Civişovu vurub.

Avtomobildə olan 1974-cü il təvəllüdlü İ. Məmmədova və 1993-cü il təvəllüdlü G. Həmzəyeva da xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗