Vətənim Media xəbər verir ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan 12 yaşlı şagird təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. O, hazırda Sabunçu Tibb Mərkəzindədir; vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkarlanıb. Məktəb direktorunun bildirdiyinə əsasən, son bir ay ərzində şagird üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb. Şagirdin rəfiqəsinə dediyinə görə, sentyabrın 10-15-i arasında əmisi ona qarşı zorakılığa cəhd edib. Bu məlumatla bağlı əlavə təsdiqlənmiş açıqlama verilməyib.
Əsas mənbə: APA
