Vətənim Media xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində ayı hücumları nəticəsində iki kişi həyatını itirib. Qurbanlardan birinin meyiti Tareya çayı yaxınlığındakı qış daxmasının yanında, digərinin qalıqları isə Kaymanovo kəndi ətrafındakı meşədə aşkarlanıb.
Rusiya İstintaq Komitəsi hadisələrin təfərrüatlarını araşdırır. Rəsmi qurumların məlumatına əsasən, 2026-cı ilin yazından oktyabr ayınadək ölkədə ayı hücumları nəticəsində azı 25 nəfər ölüb. Belə halların çoxu Krasnoyarsk diyarı, İrkutsk və Tomsk vilayətləri, Buryatiya və Altay respublikaları, Kamçatka və Xabarovsk diyarları, eləcə də Saxalində qeydə alınıb.
Əsas mənbə: APA
