Vətənim Media xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə mane olunub. Aşkar edilən narkotiklərin ümumi çəkisi 124 kiloqram 965 qramdır.
Sərhəd axtarışı və əməliyyat tədbirləri zamanı oktyabrın 11-də 75 kiloqram 515 qram, ertəsi gün isə 49 kiloqram 450 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Əsas mənbə: APA
