Vətənim Media xəbər verir ki, Azərbaycana rəsmi səfər edən Laos Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabana gedib. O, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun xatirəsini ehtiramla yad edib.
Laos Prezidenti, həmçinin akademik Zərifə Əliyevanın məzarını ziyarət edib və üzərinə güllər düzüb.
Əsas mənbə: APA
