Vətənim Media xəbər verir ki, Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək. Səfər barədə Niderlandın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Proqram çərçivəsində ikitərəfli münasibətlərin inkişafı, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi planlaşdırılır. Berendsen bu məqsədlə müvafiq dövlət qurumlarının nümayəndələri və digər tərəfdaşlarla görüşəcək.
Əsas mənbə: APA
