Vətənim Media xəbər verir ki, ABŞ Rusiya, İran və Venesueladan neft və neft məhsulları daşıyan kölgə donanmasının bəzi gəmilərinə qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir. Məqsəd dünya üzrə rekord səviyyəyə çatan dəniz yükdaşıma tariflərini azaltmaq və Fars körfəzindən neft ixracını artırmaqdır.
Müzakirələr əvvəllər sanksiyaya məruz qalmış gəmilərin sanksiya tətbiq edilməyən nefti daşımasına icazə verilməsi üzərində cəmləşib. Belə gəmilərdən istifadə etmək istəyən şirkətlər ABŞ Maliyyə Nazirliyindən xüsusi icazə almalı ola bilərlər. Məsələ ilə bağlı müzakirələr davam edir, sanksiyaların yumşaldılması barədə yekun qərar verildiyi bildirilməyib.
Əsas mənbə: APA
