Vətənim Media xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Səriə Səudiyyə Ərəbistanına məxsus “Typhoon” qırıcısının Yəmənin Səada əyalətində hava hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, təyyarə ət-Taif aviabazasından havaya qalxıb və yer-hava tipli raketlə hədəfə alınıb.
Səriə qırıcıya birbaşa zərbə endirildiyini, onun düşə biləcəyini iddia edib. Təyyarənin vurulması və ya düşməsi barədə iddianı təsdiqləyən müstəqil məlumat təqdim olunmayıb.
Əsas mənbə: APA
