Vətənim Media xəbər verir ki, Səhiyyə Nazirliyi tibb müəssisələrində hicabdan istifadəyə məhdudiyyət qoyulduğunu iddia edən məktubun saxta olduğunu bildirib. Nazirlik belə bir sənəd qəbul etməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verməyib.
Media və Yayım Şurasının açıqlamasında saxta sənədin rəsmi yazışma kimi təqdim edilməsinin ictimaiyyəti çaşdıran dezinformasiya olduğu vurğulanıb. Şura media subyektlərini və sosial media istifadəçilərini məlumatları rəsmi mənbələrdən yoxlamağa, saxta sənədi həqiqi kimi yaymamağa çağırıb.
Əsas mənbə: APA
