Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Vətənim Media xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Görüşdə Azərbaycanla Tacikistan arasındakı dostluq münasibətlərindən məmnunluq ifadə olunub. Tərəflər ikitərəfli əlaqələrin və çoxtərəfli əməkdaşlığın inkişafı imkanlarını, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗