Vətənim Media xəbər verir ki, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani oktyabrın 14-də Azərbaycana səfərə gəlib. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak edəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Qətər Əmirini Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Əsas mənbə: APA
