Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. Görüşdə ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
Al Zayani Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını Prezidentə çatdırıb və kralın Azərbaycanla münasibətlərə önəm verdiyini bildirib. İlham Əliyev salamlarına görə minnətdarlığını ifadə edərək öz salamlarını kralına çatdırmağı xahiş edib. O, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də yüksək səviyyəli tərəfdaşlığın mövcudluğunu vurğulayıb.
Prezident Bəhreyn xarici işlər nazirinin səfərinin əlaqələrin müxtəlif istiqamətlərini müzakirə etmək üçün imkan yaratdığını qeyd edib. Al Zayani isə Azərbaycanın AQEM-ə sədrliyinin uzadılması münasibətilə İlham Əliyevi təbrik edib və ölkəmizin təşkilata yüksək səviyyədə sədrlik etdiyini bildirib.
Əsas mənbə: APA
