Vətənim Media xəbər verir ki, Azərbaycanda keçirilən “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimində təyyarə və helikopterlərin uçuşları həyata keçirilib. Uçuşlardan əvvəl hərbi qulluqçulara brifinq verilib, qarşıya qoyulan vəzifələr və onların icra ardıcıllığı dəqiqləşdirilib. İştirakçılar arasında koordinasiyanın təmin olunması və tədbirlərin plana uyğun keçirilməsi üçün tapşırıqlar müəyyənləşdirilib.
Təlimdə uçuş vasitələrinin tətbiqi və nəzərdə tutulan əməliyyatların icrası üzrə fəaliyyətlər məşq etdirilib. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlim şəxsi heyətin hazırlığını yüksəltmək, təcrübə mübadiləsini genişləndirmək və birgə fəaliyyət imkanlarını inkişaf etdirmək məqsədi daşıyır. Təlim oktyabrın 20-dək davam edəcək.
Əsas mənbə: APA
