Vətənim Media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya səfər edib. O, paytaxtda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Fidanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb. Türkiyə Xarici İşlər Nazirliyi nazirin Azərbaycana səfərdə olduğunu açıqlayıb.
Əsas mənbə: APA
