İlham Əliyev və Şavkat Mirziyoyev əməkdaşlıq layihələrini müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
İlham Əliyev və Şavkat Mirziyoyev əməkdaşlıq layihələrini müzakirə edib

Vətənim Media xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Tərəflər ölkələr arasında münasibətlərin inkişafını və avqustda İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı əldə olunan razılaşmaların icrası çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə ilin əvvəlindən ticarət dövriyyəsinin artdığı qeyd olunub. Energetika, qarşılıqlı investisiyalar, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya və turizm sahələrində həyata keçirilən layihələr, eləcə də mədəni-humanitar mübadilələr ətrafında fikir mübadiləsi aparılıb. Mirziyoyev Azərbaycanın AQEM-ə sədrliyini və təşkilatın Zirvə Görüşünə ev sahibliyini təbrik edərək bunu ölkənin nüfuzunun göstəricisi kimi dəyərləndirib. Dövlət başçıları beynəlxalq və regional gündəlikdəki məsələləri də müzakirə ediblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗