Vətənim Media xəbər verir ki, Pentaqon 2026-cı ilin sonunadək ABŞ hərbçilərinin silahlanmasına yüz minlərlə birdəfəlik istifadə üçün nəzərdə tutulan pilotsuz uçuş aparatı daxil etməyi planlaşdırır. Bu barədə müdafiə naziri Pit Heqset məlumat verib.
Heqset bildirib ki, pilotsuz sistemlər sahəsində üstünlüyü təmin etmək üçün nazirlik 1 milyard dollar maliyyə vəsaiti əldə edib. Onun sözlərinə görə, Pentaqonda bu tip dronların hazırlanması üzrə proqramlar əvvəllər olmayıb. Bu il yüz minlərlə sistemin silahlanmaya verilməsi, sonrakı illərdə isə sayın milyonlarla ölçüləcək səviyyəyə çatdırılması nəzərdə tutulur.
Pentaqon rəhbəri sentyabrın 30-da pilotsuz sistemlər üzrə ixtisaslaşacaq yeni hərbi komandanlığın yaradıldığını da açıqlamışdı. Komandanlığın əsas vəzifəsi ABŞ Silahlı Qüvvələrinin avtonom və robotlaşdırılmış vasitələrdən istifadə imkanlarını genişləndirmək olacaq.
Əsas mənbə: APA
