Vətənim Media xəbər verir ki, Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 15-də Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə qatılan mülki şəxslər ağır artilleriya atəşinə məruz qalıb. Hücum nəticəsində dörd nəfər həlak olub, daha dörd mülki şəxs ciddi xəsarət alıb.
Hadisənin altıncı ildönümü ilə bağlı yayılan məlumatda atəşin dəfn mərasimi zamanı açıldığı bildirilir. Vətən müharibəsi dövründə Azərbaycanın müxtəlif yaşayış məntəqələrinin də atəşə tutulduğu qeyd olunur.
Əsas mənbə: APA
