Vətənim Media xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyi Azərbaycana məxsus hərbçi Nəsimi Musayevə hələ baş çəkməyib. Nümayəndəliyin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, komitənin məsələ ilə məşğul olmaq mandatı var və bu barədə Ermənistan hakimiyyəti ilə dialoq davam edir.
Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, Musayevin 26 sentyabr 2026-cı ildə xidmət yerində olmadığı müəyyənləşdikdən sonra axtarış tədbirləri başlanıb. Hərbi Prokurorluqda aparılan araşdırmada onun hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyən edilib. Ermənistan məhkəməsinin qərarı ilə Musayev həbs olunub.
Əsas mənbə: APA
