EPF koalisiyası COP17 iştirakçılarını Ermənistanın ekoloji problemlərini qaldırmağa çağırıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
EPF koalisiyası COP17 iştirakçılarını Ermənistanın ekoloji problemlərini qaldırmağa çağırıb

Vətənim Media xəbər verir ki, “Environmental Protection First” (EPF) koalisiyası Ermənistanda keçiriləcək COP17 ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ekoloji təşkilatlara müraciət edib. Koalisiya biomüxtəlifliyin qorunmasına həsr olunan konfransın Ermənistanın ətraf mühitə zərər vurduğu iddiaları fonunda keçirilməsini ikili standart adlandırıb və iştirakçıları bu məsələləri tədbir zamanı gündəmə gətirməyə çağırıb.

Müraciətdə Oxçuçayın mədən müəssisələrinin tullantıları ilə çirkləndirildiyi, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğal dövründə dağıntılara, meşələrin qırılmasına və təbii sərvətlərin qanunsuz istismarına məruz qaldığı bildirilib. Koalisiya Arazdəyəndəki sənaye layihələrini, Ermənistandakı mədənçilik fəaliyyətinin sərhədyanı su ehtiyatlarına təsirini və ölkənin BMT-nin Su Konvensiyasına qoşulmamasını da diqqətə çatdırıb. Təşkilat beynəlxalq ictimaiyyəti ekoloji problemlərin beynəlxalq tədbirlərlə ört-basdır edilməsinə imkan verməməyə çağırıb. Qeyd olunanlar koalisiyanın müraciətində yer alıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗