Vətənim Media xəbər verir ki, Avropa İttifaqı ölkələri Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri fonunda Rusiyaya qarşı yeni sanksiyaların qəbulunun çətinləşə biləcəyini istisna etmirlər. “The Daily Telegraph”ın mənbələrə istinadən yazdığına görə, 2027-ci ilin fevralı növbəti məhdudiyyətləri təsdiqləmək üçün son əlverişli vaxt ola bilər.
Qəzetin məlumatında bildirilir ki, seçki kampaniyası gərginləşdikcə Moskva əleyhinə tədbirlərin təsdiqlənməsi ehtimalı azalacaq. Nəşr, həmçinin Marin Le Penin hakimiyyətə gələcəyi halda Ukraynaya yardımın azaldıla biləcəyini yazıb. Fransada prezident seçkilərinin ilk turu 2027-ci il aprelin 18-nə, ikinci tur isə zərurət yaranarsa mayın 2-nə planlaşdırılıb.
Aİ daha əvvəl Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib. Paketə 1600-dən çox qurum və şəxs, o cümlədən Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli müəssisələr və onların rəhbərləri daxil edilib.
Əsas mənbə: APA
