Vətənim Media xəbər verir ki, Səlim Babullaoğluna Moldova Yazı Mədəniyyəti Fondunun “Ədəbi əlaqələrə töhfələrə” xüsusi mükafatı təqdim olunub. Mükafat oktyabrın 17-də Kişineuda keçirilən “Quadrat” Beynəlxalq Ədəbiyyat Festivalının ikinci günündə verilib.
B.P. Haşdeu adına Kişineu Bələdiyyə Kitabxanasında Babullaoğlunun “Rumın yazıları” kitabını rumın ədəbi ictimaiyyətinə təqdim ediblər. Tədbirə moldovalı şair və ədəbiyyatşünas Qriqore Kiper moderatorluq edib; təqdimatda müxtəlif ölkələrdən ədəbiyyat nümayəndələri iştirak ediblər.
Əsas mənbə: edebiyyatqazeti.az
