TÜRKPA-nın 15-ci plenar iclası oktyabrda Bişkekdə keçiriləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz
TÜRKPA-nın 15-ci plenar iclası oktyabrda Bişkekdə keçiriləcək

Vətənim Media xəbər verir ki, Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclası və Assambleya Şurasının toplantısı 19–20 oktyabr 2026-cı ildə Bişkekdə təşkil olunacaq. Tədbirə Qırğızıstanın Joqorku Keneşi ev sahibliyi edəcək.

Plenar iclas “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusuna həsr olunacaq. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının parlament nümayəndə heyətlərinin, eləcə də beynəlxalq və tərəfdaş təşkilatların təmsilçilərinin iştirakı gözlənilir. İclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun beşinci toplantıları da keçiriləcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗