Bakı kitab sərgisində yerli və xarici iştirakçıların böyük qismi təmsil olunacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Bakı kitab sərgisində yerli və xarici iştirakçıların böyük qismi təmsil olunacaq

Vətənim Media xəbər verir ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu ədəbiyyat mühitinin formalaşdırılması və kitab sənayesinin inkişaf etdirilməsinin nazirliyin əsas vəzifələrindən olduğunu deyib. Onun sözlərinə görə, islahatlar çərçivəsində yazıçıların, naşirlərin və kitab sahiblərinin hüquq və öhdəlikləri, eləcə də bu sahədəki iqtisadi münasibətlər tənzimlənəcək.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə isə kitab sərgilərinin Azərbaycan ədəbiyyatının xaricdə, dünya ədəbiyyatının isə ölkədə tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, sərgidə kitab sənayesinin yerli və xarici iştirakçılarının böyük qismi təmsil olunur və fəal iştirak edir. Bu istiqamətdə fəaliyyət “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında da nəzərdə tutulub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗