Vətənim Media xəbər verir ki, oktyabrın 23-dən 25-dək Dənizkənarı Milli Parkda keçiriləcək Zeytun Festivalının konsert proqramı açıqlanıb. Festivalın hər günü günorta və axşam konsertləri təşkil olunacaq.
Oktyabrın 23-də DJ Kamo çıxış edəcək. Oktyabrın 24-də səhnəyə Rilaya, Mərdan Kazımov, Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva çıxacaq. Festivalın son günü “Wave band”, Teymur Süleymanbəyli, “Excellent band”, Azad Şabanov, Zamiq Hüseynov və Xalq artisti Aygün Kazımova konsert proqramında yer alacaq.
Festival Azərbaycanın zeytunçuluq ənənələrini tanıtmaq, yerli istehsalçıları dəstəkləmək və bu sahədə milli brendin formalaşmasına töhfə vermək məqsədi daşıyır. Tədbirə giriş ödənişsizdir.
Əsas mənbə: APA
