Vətənim Media xəbər verir ki, APA-nın təhlilində Gürcüstanın “GeoCase” analitik mərkəzinin rəhbəri Viktor Kipianinin Tbilisi və Bakının regionu daha bacarıqlı geosiyasi oyunçuya çevirməli olduğu barədə fikirləri yer alıb. Kipiani bunu iki ölkənin əsas vəzifəsi kimi qiymətləndirib və bu istiqamətdə Gürcüstanla Azərbaycanın sıx əməkdaşlıq edə biləcəyini deyib.
Analitikin sözlərinə görə, iki ölkə arasında dərin və intensiv münasibətlərin əsasını nəqliyyat-logistika və enerji layihələri təşkil edir. O, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismara verilməsini Orta Dəhlizin inkişafı üçün mühüm sayıb. Kipiani, həmçinin Gürcüstanın regional nəqliyyat-logistika layihələrinə hazırlığını artırmalı və Qərb dünyası ilə əlaqələrini qorumalı olduğunu bildirib.
Əsas mənbə: APA
