Vətənim Media xəbər verir ki, “Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatına layiq görülüb. Apasport.az-ın məlumatına görə, 33 yaşlı futbolçu bu mükafatı karyerasında ilk dəfə qazanıb.
Keyn ötən mövsüm “Bavariya” ilə Almaniya çempionu olub, ölkə kubokunu və Superkuboku qazanıb. Bundesliqada 36 qolla bombardir olan hücumçu İngiltərə millisi ilə dünya çempionatında üçüncü yeri tutub. O, “Qızıl top”u qazanan beşinci ingilis futbolçudur. İngiltərəli oyunçu bu mükafata sonuncu dəfə 2001-ci ildə layiq görülmüşdü.
Əsas mənbə: APA
