Vətənim Media xəbər verir ki, Suriya Dəraa vilayətindəki vəziyyətlə əlaqədar İordaniya ilə sərhəddə yerləşən “Nəsib” keçid məntəqəsində sərnişin və yük daşımalarını müvəqqəti dayandırıb. APA-nın məlumatına görə, qərar İordaniya hərbi hava qüvvələrinin Suriya ərazisinə zərbələrindən sonra verilib.
Dəraa vilayətinin administrasiyası bildirib ki, aviazərbələr nəticəsində azı beş mülki şəxs həlak olub. Ölənlər arasında qadınlar və uşaqların olduğu qeyd edilir. Digər yaşayış məntəqələrindəki itkilər barədə məlumatlar dəqiqləşdirilir.
Əsas mənbə: APA
