Vətənim Media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə məcburi köçkün statusunun verilməsi qaydalarına dəyişiklik edilib.
APA-nın məlumatına görə, dəyişiklik əsasında atası məcburi köçkün statusu daşıyan və hər iki valideyni işğal olunmuş rayon və ya şəhərdə daimi qeydiyyatda olan şəxslərin həmin ərazilərin işğalından sonra doğulmuş uşaqlarına status və onu təsdiq edən vəsiqə veriləcək. Xidməti iş və qanunvericilikdə nəzərdə tutulan digər hallar səbəbindən başqa şəhər və rayonda daimi qeydiyyata düşmüş valideynlər bu qaydadan istisnadır.
Əsas mənbə: APA
