Azıx mağarası barədə 15 dəqiqəlik reportaj üç dildə yayımlanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azıx mağarası barədə 15 dəqiqəlik reportaj üç dildə yayımlanıb

Vətənim Media xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist və sənədli film müəllifi Vəfa Həmzəyevanın “KARABAKH DISCOVER” layihəsi çərçivəsində hazırladığı Azıx mağarası haqqında xüsusi reportaj yerli və xarici auditoriyanın marağına səbəb olub.

15 dəqiqəlik material Azərbaycan, ingilis və fransız dillərində hazırlanıb. Reportaj Azərbaycanda, eləcə də Fransa və Almaniyada yayımlanıb. Mağaranın real görüntüləri dərsliklərdəki məlumatları tamamlayır; materialda abidənin işğal dövründə erməni vandallığına məruz qalması sənədləşdirilir və onun qədim mədəni irs nümunəsi kimi qorunmasının vacibliyi vurğulanır.

“Xəritənin göstərmədiyi Qarabağ” şüarı ilə həyata keçirilən “KARABAKH DISCOVER” layihəsi Qarabağ və Şərqi Zəngəzurun tarixini, mədəni irsini və təbiətini görüntülər, mütəxəssis izahları və faktlarla təqdim edir.

Əsas mənbə: www.presscouncil.az

Vətənim Media Shorts

YouTube-da aç ↗