Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustaqlığına alınıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustaqlığına alınıb

Vətənim Media xəbər verir ki, Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustaqlığına alınıb. APA-nın “ABC Color” qəzetinə istinadən yaydığı məlumata görə, o, noyabrın 7-də yerli vaxtla saat 11:00-da dindirilmək üçün aparılacaq.

Prokurorluq Penyanın saxlanılması barədə qərarı “Ueno Bank” işi çərçivəsində qəbul edib. İş üzrə təxminən 3 milyon müştərinin bank hesabı dondurulub. Noyabrın 6-da senatorlar onun impiçmenti məsələsini dəstəkləyiblər. Penyanın vəzifədən uzaqlaşdırılmasını istəyənlər sabiq prezidentin bankla ehtimal olunan əlaqələrini maraqlar toqquşması kimi qiymətləndirirlər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗