Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə Xankəndidəki keçmiş icra hakimiyyətinin binasında oturanları hərbi cinayətkar adlandırıb və onların layiqli cəzalarını aldıqlarını bildirib.
APA-nın məlumatına görə, Əliyev həmin şəxslərin Bakıya tanklarla gəlmək və burada çay içmək istədiklərini, təkəbbürlü bəyanatlar verdiklərini deyib. O, onların işğalçılıq siyasətini davam etdirəcəklərini düşündüklərini, Azərbaycanın isə “kim kimdir” göstərdiyini vurğulayıb.
Əsas mənbə: APA
