Vətənim Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 8-i saat 11:00-a olan məlumatına görə, ölkədə yağıntılı və küləkli hava davam edib. Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb; qar örtüyü Şahdağda 3, Kəlbəcərdə 2 santimetr olub.
Yağıntının ən çoxu Maştağada qeydə alınıb — 18 millimetr. Mingəçevirdə küləyin sürəti saniyədə 28 metrə çatıb. Bir sıra ərazilərdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək azalıb.
Əsas mənbə: APA
